Menyu

Qızıl və gümüş hasilatında artım qeydə alınıb

Operativ Media
Qızıl və gümüş hasilatında artım qeydə alınıb
1 dəq oxu

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 2 763,6 kq qızıl və 3 221,3 kq gümüş hasil edilib.

Operativ Media Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 6,6 faiz, gümüş hasilatı isə 0,1 faiz artıb.

Cari ilin noyabr ayının 1-nə sənaye müəssisələrinin anbarlarında qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 419,2 kq və 786 kq təşkil edib.

Əlaqəli Xəbərlər