Arzu Nağıyev: Maraqlar toqquşmasının qarşısının alınması korrupsiya ilə mübarizənin mühüm hissəsidir
“Dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev parlamentin bugünkü plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin birinci oxunuşda təqdimatı zamanı deyib.
O bildirib ki, qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, layihə Prezidentin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə hazırlanıb.
Arzu Nağıyev qeyd edib ki, maraqlar toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə xidməti vəzifələri arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır. Bu cür hallar şəxsi maraqların ictimai mənafeyə üstün gəlməsi riskini yaradır.
O vurğulayıb ki, maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil və bu hal özlüyündə hər zaman cinayət hesab olunmur. Lakin maraqlar toqquşmasının düzgün idarə edilməməsi korrupsiya üçün əlverişli şərait yarada bilər.
Komitə sədri qanun layihəsində maraqlar toqquşmasının əhatə dairəsinin və anlayışların dəqiq müəyyən edilməsinin, şəxsi maraqların vaxtında bəyan olunması mexanizminin, belə halların həlli yollarının, nəzarət və məsuliyyət tədbirlərinin nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, maraqlar toqquşması müəyyən edildikdə əsas məqsəd şəxsi əsassız şəkildə vəzifədən kənarlaşdır