Menyu

Sumqayıt Sənaye Parkında 18 milyon manatlıq yeni layihə həyata keçiriləcək

Operativ Media
Sumqayıt Sənaye Parkında 18 milyon manatlıq yeni layihə həyata keçiriləcək
1 dəq oxu

Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən vərəqə şüşələrin temperlənməsi, laminasiyalanması və istilik izolyasiyalı şüşə paketi (İGU) halına salınması layihəsi həyata keçiriləcək.

İZİA-dan Operativ Media-ya verilən məlumata görə, “Azerfloat Processing” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

İnvestisiya dəyəri 18 milyon manat olan layihə çərçivəsində ildə 1,59 milyon kvadratmetr vərəqə şüşələrin temperlənməsi, laminasiyalanması və istilik izolyasiyalı şüşə paketi (İGU) halına salınması layihəsi həyata keçiriləcək.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən çox iş yeri yaradılıb.

Əlaqəli Xəbərlər