Menyu

Prezident: Azərbaycan və Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır

Operativ Media
Prezident: Azərbaycan və Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır
1 dəq oxu

Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi iri layihələr Cənubi Qafqazın və bütövlükdə Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsinin yenidən formalaşmasına töhfə verib.

Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı Azərbaycan-Türkiyə münasibətlərinin ortaq soy-kök və qardaşlığa əsaslandığını, tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

O qeyd edib ki, əlverişli coğrafi mövqeyə malik Azərbaycan və Türkiyə Avropa ilə Asiya arasında körpü rolunu oynayır və həyata keçirilən nəhəng layihələr regionun strateji əhəmiyyətini daha da artırır.

Prezident iki ölkə arasında əməkdaşlığın regional bağlılığın güclənməsinə və iqtisadi əlaqələrin inkişafına xidmət etdiyini bildirib.

Əlaqəli Xəbərlər