Menyu

Sumqayıtda evdən oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Sumqayıtda evdən oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Noyabrın 21-də Sumqayıt şəhərində oğurluq hadisəsi qeydə alınıb. Gecə saatlarında şəhər ərazisində yerləşən evlərin birindən 400 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları talanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis tərəfindən keçirilən tədbirlə əməli törədən narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Həsənzadə müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər