Menyu

İndoneziyada fabrik yanğınında ölənlərin sayı 26-ya çatıb

Nicat Hüseynli
İndoneziyada fabrik yanğınında ölənlərin sayı 26-ya çatıb
1 dəq oxu

İndoneziyanın Banten əyalətində şirniyyat fabrikində baş verən yanğın nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.

Operativ Media  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, yanğın şənbə günü Seranq dairəsindəki üçmərtəbəli fabrikdə baş verib.

“Hazırda itkin düşən işçilərin axtarışı və həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər