Menyu

Maka Boçorişvili: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regionda sabitliyə töhfə verəcək

Operativ Media
Maka Boçorişvili: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması regionda sabitliyə töhfə verəcək
1 dəq oxu

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və əməkdaşlığın inkişafı Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, regionun potensialının reallaşdırılmasına imkan verəcək.

Operativ Media xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Gürcüstan regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verməyə hazırdır.

Nazir Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında əməkdaşlığın inkişafının regional sabitliyin dərinləşməsinə və bölgənin potensialından daha səmərəli istifadə olunmasına şərait yaradacağını vurğulayıb.

Maka Boçorişvili, həmçinin regional əlaqələndirmənin gücləndirilməsi baxımından əhəmiyyətli təşəbbüslərin müzakirə olunduğunu bildirib. O, bu istiqamətdə görülən işləri izlədiklərini və təşəbbüslərin region üçün əhəmiyyətini qeyd edib.

Əlaqəli Xəbərlər