Menyu

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü İstanbulda keçiriləcək

Operativ Media
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü İstanbulda keçiriləcək
1 dəq oxu

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü İstanbulda keçiriləcək.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli münasibətlərlə yanaşı, çoxtərəfli əməkdaşlıq formatları da mövcuddur.

“Bu çərçivədə daha geniş coğrafiyanı əhatə edən məsələlər, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunur. Bu formatlardan biri də Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığıdır. Növbəti görüşün İstanbulda keçirilməsi nəzərdə tutulur”, – Ceyhun Bayramov deyib.

Əlaqəli Xəbərlər