Menyu

Aleksey İsayev: “Barselona” kimi rəqibdən öyrənəcəyimiz çox şey var

Operativ Media
Aleksey İsayev: “Barselona” kimi rəqibdən öyrənəcəyimiz çox şey var
1 dəq oxu

"Oyunun böyük hissəsini topsuz keçirməli olduq. “Barselona” kimi rəqibdən öyrənəcəyimiz çox şey var. Bu təcrübədən düzgün nəticə çıxararaq çalışmağa davam etməliyik. Yaratdığımız qol imkanlarından daha yaxşı istifadə etməliyik. Ən əsası, bu gün ölkəmizə futbol bayramı yaşatdıq. Ümid edirəm ki, azarkeşlər və futbol ictimaiyyəti bu oyundan zövq aldı".

Operativ Media xəbər verir ki, bunu "Barselona" ilə matçdan sonra jurnalistlərə açıqlamasında "Sabah"ın futbolçusu Aleksey İsayev deyib.

Yarımmüdafiəçi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Barselona"ya 1:4 hesabı ilə məğlub olduqları qarşılaşmanı belə şərh edib: “Çempionlar Liqasında çıxış edirik və təbii ki, məğlubiyyət təəssüf doğurur. Ancaq hansı rəqibə qarşı oynadığımızı da yaxşı anlayırdıq. Yerli futbolçuların belə bir komandaya qarşı meydana çıxması və mübarizə aparması sevindiricidir. Bu, bizim üçün misilsiz təcrübədir”.

Futbolçu növbəti matçlarda da komandanın öz oyun üslubuna sadiq qalacağını vurğulayıb:

"Yəqin ki, oyunda da gördünüz, müdafiəyə çəkilib rəqibi gözləmədik. Əksinə, pressinq etməyə, topu ələ keçirməyə və öz oyunumuzu göstərməyə çalışdıq. Qarşımızda "Barselona" kimi dünya səviyyəli komanda var idi. Buna baxmayaraq, öz futbol fəlsəfəmizə sadiq qalmalıyıq. Növbəti qarşılaşmalarda da eyni yanaşma ilə meydana çıxacağıq. Komanda olaraq müdafiəyə çəkilib yalnız rəqibin hücumlarını dəf etməyi düşünmürük. Öz oyunumuzu göstərməyə davam edəcəyik".

Əlaqəli Xəbərlər