Menyu

20 nəfər Ruanda vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Operativ Media
20 nəfər Ruanda vətəndaşı Azərbaycanda ali təhsil alacaq
1 dəq oxu

20 nəfər Ruanda vətəndaşı HTP ilə Azərbaycanda ali təhsil alacaq.

Operativ Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində 2026–2027-ci tədris ili üzrə 20 nəfər Ruanda vətəndaşı Azərbaycanda ali təhsil almaq hüququ qazanıb.

Proqram iştirakçıları bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alacaqlar.

Təhsil proqramları texniki və texnoloji, eləcə də əsas (baza ali) tibb ixtisas qruplarını əhatə edir.

Əlaqəli Xəbərlər