Menyu

Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri elan edilib

Operativ Media
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri elan edilib
1 dəq oxu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakant yer seçimi mərhələsinin nəticələri elan edilib.

Operativ Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Müsabiqə incəsənət təhsili sahəsində insan resurslarının inkişaf etdirilməsi, məktəb və mərkəzlərin kadr potensialının gücləndirilməsi və vakant vəzifələrə ixtisaslı müəllimlərin cəlb olunması məqsədilə keçirilib.

İşə qəbul prosesində şəffaflığın təmin edilməsi və namizədlərin vahid meyarlar əsasında qiymətləndirilməsi məqsədilə müsabiqənin test və müsahibə mərhələləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib. Hər iki mərhələnin yekununa əsasən, 199 namizəd uğurlu nəticə əldə edib.

Namizədlər vakant yer seçiminin nəticələri ilə MyCulture vahid şəxsi kabinetində tanış ola bilərlər.

Əlaqəli Xəbərlər