Menyu

Gürcüstandan Azərbaycana səfər edənlərin sayı açıqlanıb

Operativ Media
Gürcüstandan Azərbaycana səfər edənlərin sayı açıqlanıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 89,2 mindən çox vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.

Operativ Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, təkcə cari ilin sentyabr ayında bu ölkədən gələnlərin sayı 13,2 min nəfərdən çox təşkil edib.

Bu, 2025-ci ilin sentyabr ayına nisbətdə 28,5 faiz, cari ilin avqust ayına nisbətdə isə 7,1 faiz çoxdur.

Əlaqəli Xəbərlər