Menyu

Ceyhun Bayramov Estoniya XİN rəhbərini regional hadisələr barədə məlumatlandırıb

Operativ Media
Ceyhun Bayramov Estoniya XİN rəhbərini regional hadisələr barədə məlumatlandırıb
1 dəq oxu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahknaya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və regionda baş verən son hadisələr barədə məlumat verib.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahkna ilə birgə mətbuat konfransında bildirib.

Nazir sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlardan danışıb.

O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Ceyhun Bayramov mina təhlükəsinin yaratdığı humanitar çətinliklərə də diqqət çəkib.

Əlaqəli Xəbərlər