Menyu

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Operativ Media
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
1 dəq oxu

Noyabrın 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 107, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər