Menyu

Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb

Operativ Media
Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb
1 dəq oxu

Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında şahmat üzrə dünya çempionatına yekun vurulub.

AŞF-dən Operativ Media-ya verilən məlumata görə, son turda təmsilçimiz Xaqan Əhməd Paraqvay şahmatçısı Xuan Sebastian Melianla heç-heçə edib. 11 turdan sonra 8,5 xal toplayan 15 yaşlı Xaqan Əhməd dünya çempionatında gümüş medala layiq görülüb.

Qeyd edək ki, Xaqan Əhməd yarışın qalibi Hindistan şahmatçısı Ethan Vazdan yarım xal geri qalıb.

Əlaqəli Xəbərlər