Menyu

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Kəpəz"ə, "Sabah" "Araz-Naxçıvan"a qarşı

Operativ Media
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Kəpəz"ə, "Sabah" "Araz-Naxçıvan"a qarşı
1 dəq oxu

Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçirilir.

Operativ Media xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə Qərb derbisində "Turan Tovuz" və "Kəpəz" komandaları üz-üzə gələcəklər. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:30-da start götürəcək.

Digər qarşılaşmada isə "Sabah" "Araz-Naxçıvan"ı qonaq edəcək. Saat 19:00-da başlayacaq matç "Sabah Arena"da oynanılacaq.

Əlaqəli Xəbərlər