http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb

28 Sentyabr 2022 , 10:19
Vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb

Vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ media"ya məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından pul oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun rayon sakini Akif İbrahimov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirib.

İstintaq zamanı məlum olub ki, A.İbrahimov rayon ərazisində yerləşən bankomatların qarşısında dayanaraq əvvəlcə ondan kömək istəyən şəxslərin kart məlumatlarını əldə edib, daha sonra isə zərərçəkənlərə kartlarında pul olmadığı bildirib. Zərərçəkmişlər ordan uzaqlaşdıqdan sonra isə həmin kart məlumatlarını öz mobil telefonuna əlavə edərək, kartların balansında olan pul vəsaitlərini istifadəsində olan başqa bir karta köçürərək vətəndaşların pullarını ələ keçirib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Akif İbrahimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Salyan RPŞ-nə müraciət etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu