İran Azərbaycanla Ermənistan arasında danışıqlar platforması olmağa hazırdır. "IRNA"nın yaydığı məlumata görə, bu açıqlama ilə İslam Respublikasının Azərbaycandakı səfiri Səyid Abbas Musəvi çıxış edib. "İran Azərbaycan və Ermənistana ikitərəfli, üçtərəfli və “3+3” regional təşəbbüs çərçivəsində dayanıqlı sülhə nail olmaqda kömək etməyə hazırdır”, - deyə səfir Azərbaycanın birinci vitse-prezidenti köməkçisi Elçin Əmirbəyovla görüşü zamanı bildirib. Tərəflər, həmçinin ikitərəfli münasibətlərdəki hadisələri, Qafqazdakı vəziyyəti və “İranın bölgə məsələləri ilə bağlı prinsipial mövqeyini” müzakirə ediblər.