Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Qaraçuxur qəsəbəsi ərazisində 17 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rauf Hümbətov saxlanılıb. Araşdırma aparılır.