http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Kiloqramı 20 min manatdan baha olan qızılgül yağı necə hazırlanır?

05 İyun 2023 , 17:18
Kiloqramı 20 min manatdan baha olan qızılgül yağı necə hazırlanır?

Zaqatala yeganə bölgədir ki, regionda 10-dan çox ölkəyə gül yağı ixrac edir.

"Operativ Media" bir zamanlar qızılgüllər diyarı adı ilə dünydaa şöhrət olan Zaqatalanın gül plantasiyalarında olub.

Günün çıxması ilə sahələrdə gül yığımı başlayır. Zaqatalanın Aşağı Tala kəndində yerləşən qızılgül sahəsi yağlılıq əmsalının çoxluğuna görə ən keyfiyyətlilərdən hesab olunan “Rose Damascane” sortudur. Ümumi sahəsi 145 hektar olan plantasiya gül yağı emal edən müəssisəyə məxsusdur. Müəssisədə  50 nəfərdən çox daimi işçi çalışır. Hər il gül sahələrinə qulluq və yığım üçün isə əlavə 2 min nəfərə yaxın sakin mövsümi işlərə cəlb edilir.

Gül yığımı səhər saat 7 dən günorta 12 yə qədər davam edir. Ortalama bir nəfər gün ərzində 40-50 kq qızılgül toplaya bilir. Gül şehli olduqda ondan daha keyfiyyətli yağ əldə edilir. Hava isindikdə isə yığmaq çətin olur. Qızılgülün ləçəkləri sürətli dağıldığından hava isininə qədər yığım yekunlaşmalıdır.

Yığım zamanı yalnız tam açılmış çiçəklər toplanır. Sonra isə bu məhsullar zavoda aparılaraq orada gül yağı emal edilir. Bu il may ayının yağıntılı keçməsi gül yığımını bir qədər ləngitsə də, məhsuldarlığa və keyfiyyətə müsbət təsir edib. Yığım da artıq yekunlaşmaq üzrədir. 

Müəssisədə 11 ədəd 3 kubmetrlik qızılgül distilə qazanı və 2 ədəd veronik qazan quraşdırılıb. Bundan əlavə, lavanda və digər bitkilərdən efir yağları istehsalı üçün 2 ədəd 3 kubmetrlik distillə qazanı da mövcuddur. Sahələrdən yığılan qızılgüllər qazanlara tökülür və su əlavə edilərək qaynadılır. Bir proses 2 saat çəkir. Qaynama zamanı buxardan distillə suyu – gülab əmələ gəlir. Daha sonra veronik qazanların köməyi ilə gülabdan qızılgül efir yağı ayrılır. Ümumilikdə, 3000-3600 kiloqram qızılgüldən 1 kiloqram qızılgül efir yağı istehsal edilir. Bu il plantasiyadan 582 ton gül yığımı həyata keçirilib ki, ondan da 200 kq -dan çox gül yağı əldə edilib. 

Dünya üzrə illik qızılgül yağı istehsalı 4000-5000 kiloqram təşkil edir. Bu həcmin 200-220 kiloqramlıq hissəsi buradakı müəssisədə istehsal edilir. İstehsal olunan efir yağları ixracyönümlüdür və parfümeriya, fraqrens, aromaterapiya, kosmetologiya sənayesində xammal kimi istifadə olunur.

Müəssisənin məhsulları Almaniya, Bolqarıstan, Yaponiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İtaliya və Fransa şəhərlərində, ümumilikdə, 10 beynəlxalq parfüm sənayesi sərgisində nümayiş etdirilib. Məhsullar, əsasən Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə, Polşa, İngiltərə, Almaniya, Fransa, ABŞ və digər ölkələrə ixrac olunur.

Efir yağı yalnız ixrac yönümlüdür. Rsəmi satış qiyməti ölkəyə və müqaviləyə görə dəyişir. Dünya bazarlarında qızılgül yağının kiloqramı 12 min avrodan başlayır.

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu