http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Bu yay rayonlarda istirahət üçün verilən kirayə evlərin qiyməti neçəyədir?

06 İyun 2023 , 09:16
1489
Bu yay rayonlarda istirahət üçün verilən kirayə evlərin qiyməti neçəyədir?

İstirahət mövsümünün başlaması ilə Azərbaycanın turizm bölgələrinə üz tutanlar artıb. Mövcud durumda hotellərin qiyməti baha olduğundan bir çox insan kirayə evlərə üstünlük verir. Bu da regionlardakı kirayə evlərə tələbatı çoxaldıb. Qiymətlər ötən mövsümə nisbətən bəzi yerlərdə yüksəlib, bəzi yerlərdə isə dəyişməyib. Bəs ən ucuz qiymətə harada dincəlmək olar?

"Operativ Media"  bölgələrdə istirahət üçün verilən kirayə evlərin qiymətini araşdırıb.

Rieltorlar Şəkidə qiymətlərin 10-20 faiz aralığında bahalaşdığını deyirlər. Ailəvi qalanlar üçün qiymətlər 50-80 manat arası dəyişir. Tələbat artdığı halda 80-100 manat arasında dəyişəcəyi bildirilir. Çoxotaqlı villalar isə 300 manatdan başlayır. Xüsusilə hovuzu olanlar 500 manat civarındadır.

Qiymətlər əsasən evin şəraitinə görə dəyişir. Şəkinin bəzi kəndlərində 40 manatdan başlayır günlük evlər. Lakin Şəkinin Dodu adlanan ərazisində isə evlərin günlük kirayəsi 200 manatdır. Rieltorlar buranın təbiətinin gözəl, havasının sərin olması ilə əlaqədar olaraq tələbatın da çox olduğunu deyirlər.

İsmayıllıda evini kirayə verənlər də bahalaşma olduğunu deyirlər. Yəni keçən il bir günü 50-60 manata təklif edilən mənzilllər, bu il 60-70 manatdır. Ev sahiblərinin sözlərinə görə qiymətlərin artmasının səbəbi komunal xərclərin artmasıdır. Ən ucuz qiymətə bağ evi burda 200 manata ,kotejlər isə 50 manata təklif olunur. Hovuzlu bağlar isə 150 manatdan başlayır. Çoxotaqlı villalar 300 manata təklif olunur.

Lənkəranda isə rieltorların dediyinə görə, bu il evlərin kirayə qiyməti 2 qat yüksəlib. Xüsusilə həftəsonu müraciət çox olduğundan ev tapmaq da bəzi yerlərdə müşkülə çevrilir. Ötən il 50-60 manata ev tapılırdısa bu il günlük evlər 100-120 manata təklif olunur. Tələbat isə dənizkənarı və meşəətrafı ərazilərədir. Hovuzlu evlər isə 250 manatdan başlayır.
 
Qəbələdə də qiymətlər ortalama İsmayıllı ilə oxşardır. Lakin əsas fərqi təklif edilən evlərin çox olmasıdır. Elə buna görə də, qiymətlərin dəyişdiyini yalnız həftəsonu görmək mümkündür. Həftə içi isə 40 manatdan başlayan qiymətlərlə ev kirayələmək mümkündür. Çox otaqlı, hovuzlu villalar isə 350 manatdan başlayır.

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu