Dövlət Departamenti: Ermənistan və Azərbaycan arasında danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik
Redaksiya
"Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə doğru fəaliyyətini davam etdirdiyi üçün biz bu ay Vaşinqtonda Ermənistan və Azərbaycan arasında danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin köməkçisi Vedant Patel brifinqdə bildirib.
“Mən artıq demişəm ki, birbaşa dialoq problemlərin həlli, sabit və ləyaqətli sülhə nail olmaq üçün açardır.
ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların, o cümlədən liderlərin son görüşünün müxtəlif platformalarda getməsindən məmnundur”, - Patel qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma