http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Politoloq: "İranda adam oğurluğunun qarşısı vaxtında alınmasa Şimali Koreyanı da ötüb keçəcək"

06 İyun 2023 , 13:29
Politoloq: "İranda adam oğurluğunun qarşısı vaxtında alınmasa Şimali Koreyanı da ötüb keçəcək"

"Əksər totalitar, diktator ölkələrdə bu adam oğurluğu tez-tez baş verir. Burda biz İranı Şimali Koreya ilə müqayisə edə bilərik".

Bunu "Operativ Media"-ya açıqlamasında politoloq Elşən Məcidov açıqlayıb. Politoloqun sözlərinə görə, Şimali koreyada da bu hal geniş vüsət alıb. İranın qarşısı vaxtında alınmasa Şimali Koreyanı da ötüb keçəcək.

"İran kifayət qədər ideologiyalaşdırılmış rejimdir. Xüsusilə də vurğulamaq lazımdı ki, Fəridin həbsində isə bir neçə nüans üst-üstə düşür. O, azərbaycanlı tələbədir, Almaniyada yaşayır, Azərbaycanın İsraillə və Avropa ölkələri ilə çox yaxşı münasibəti var. Absurd olsa da, bu İran üçün əsasdır. Həmin şəxsi casusluqda ittiham edərək həbs etdilər."-deyə politoloq qeyd edib.

Elşən Məcidov bildirir ki, digər ölkələrin vətəndaşları da İranda oğurlanır. Sadəcə bu həmin ölkələrin mediasında yayımlanır deyə dünya miqyasında geniş işıqlandırılmır. Bu da İranın qanunsuz fəaliyyət göstərməsinə yol açır. Azərbaycanlı tələbənin həbs edilməsinin də dünya mediasında geniş yer verilməməsi də yaxşı hal deyil.

Politoloq İran rejiminin vəziyyətdən asılı olaraq saxta cinayət işinə son verib oğurladıqları insanı öz ölkəsinə qaytarıldığı hallarının da olduğunu bildirdi. "Oğurlanan vətəndaşların qaytarılması individual olaraq qaytarılır. Adətən çox nadir hallarda baş verir. Ölkələrin İranla qarşılıqlı danışıqlarından asılı olaraq dəyişir. Burada həm siyasi söhbət gedə bilər, həm hansısa böyük bir iqtisadi sövdələşmənin bir hissəsi olaraq da gedə bilər. Əgər İranın həmin ölkə ilə ekstradiyası varsa, qarşılıqlı ekstradisya ilə mümkündür." -deyə Elşən Məcidov bildirib.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

Türkiyə Prezidenti ABŞ-yə səfər edib

Türkiyə Prezidenti ABŞ-yə səfər edib

XƏBƏR LENTİ
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
Menyu