http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan təhlükəsizlik sferasında NATO üçün nümunəvi tərəfdaşdır - TƏHLİL

06 İyun 2023 , 15:23
Azərbaycan təhlükəsizlik sferasında NATO üçün nümunəvi tərəfdaşdır - TƏHLİL

Təhlükəsizlik siyasətin ayrılmaz hissəsidir. Öz növbəsində təhlükəsizlik siyasətinin də bir neçə istiqaməti var. Məsələn, milli  təhükəsizlik, iqtisadi təhlükəsizlik, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi...

Son dövrlər Avropanın şərqində siyasi təhlükəsizliklə bağlı problemlərin olması zəncirvari təsir effekti yaratdı. İqtisadiyyatın təhlükəsizliyinə kölgə saldı. Həyati əhəmiyyət daşıyan qida və enerji təhlükəszilyini ön plana çıxardı. Qida təhlükəsizliyi ilə bağlı taxıl dəhlizi ifadəsi işlədilirsə, enerji təhlükəsizliyi ilə bağlı isə enerji dəhlizi söz birləşməsi meydana gəldi. Burada da Azərbaycan avtomatik olaraq ağıla gəlir. Nahaq yerə bu fikir səsləndirilmir: “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu”

Marağımı bir detal cəlb elədi. Azərbaycan NATO hərbi-siyasi təşkilatının mənzil qərargahında enerji təhlükəsizliyi ilə bağlı iclasda iştirak etdi. İlk dəfə idi ki, dünyanın bir nömrəli hərbi-siyasi təşkilatının enerji təhlükəsizliyi iclasında Azərbaycan iştirak edirdi. Xüsusi olaraq vurğulanırdı ki, bu iclas Hərbi Komitə çərçivəsində tərəfdaşlarla birgə genişləndirilmiş formatda keçirilir. Bu o deməkdir ki, Azərbaycan belə br yüksək səviyyəli iclasa həyata keçirdiyi və təcrübəsində olan təhlükəsizlik kriteriyalarına əsasən dəvət olunub.

NATO ilə tərəfdaşlıq proqramının icrası, ordunun NATO standartları səviyyəsinə yüksəldilməsi, müxtəlif ölkələrdə Azərbaycan hərbi kontingentinin təhlükəsizlik istiqamətində yüksək səviyyəli fəaliyyəti etibarlı tərəfdaş məsələsini hər iki tərəf üçün aydınlaşdırmış olub. Azərbaycan NATO kimi bir nömrəli hərbi-siyasi təşkilat, NATO isə Azərbaycan kimi etibarlı və təhlükəsizlik sferasında nümunəvi fəaliyyətə malik tərəfdaş tapıb.

Samir Cabbarov - Operativ Media.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

Türkiyə Prezidenti ABŞ-yə səfər edib

Türkiyə Prezidenti ABŞ-yə səfər edib

XƏBƏR LENTİ
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
Menyu