Ermənistan, Qazaxıstan və Honq-Konq Rusiyanı elektron məhsullardan məhrum edir
Redaksiya
Ermənistan, Qazaxıstan və Honq-Konq bankları Rusiyadan gələn hüquqi şəxslər üçün server, mikrosxem, prosessor, telekommunikasiya avadanlığı və digər elektronika üçün ödənişi bloklamağa başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, nəticədə Rusiya şirkətləri elektronikanı başqa məhsul kodları ilə idxal etməyə çalışır, həmçinin alternativ ödəniş üsulları axtarırlar.
Rusiyalı ekspertlər bildirirlər ki, dost ölkələrin ixraca nəzarəti gücləndirməsi Rusiya Federasiyasında altı ay ərzində belə məhsulların qıtlığına səbəb ola bilər.
Teqlər:
"Ermənistan Qazaxıstan və Honq-Konq Rusiyanı elektron məhsullardan məhrum edir"