İranın Turizm Nazirliyi: İranlılar Azərbaycana sərbəst şəkildə hava yolu ilə gedə bilərlər
Redaksiya
"İranlılar Azərbaycana sərbəst şəkildə hava yolu ilə gedə bilərlər. Azərbaycanın hava limanında viza verilir və indiyədək vətəndaşlarımıza rədd cavabı verilməyib".
"Operativ Media" "İSNA"ya istinadən xəbər verir ki, bunu İranın turizm nazirinin müavini bildirib.
O qeyd edib ki, hər halda səyahət edən vətəndaşlar iki ölkənin siyasi vəziyyətinin hazırda hansı səviyyədə olduğunu nəzərə almalıdır.
Hava limanında bəzi sərnişinlərə suallar verilə və ya barmaq izi alına bilər. Bunlar təbiidir. Lakin indiyədək iranlı sərnişinlərin ölkəyə girişi üçün Azərbaycan Respublikası tərəfindən heç bir maneə törədilməyib.
İki ölkə arasında uçuşlar açıqdır. "Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, bu ölkə vətəndaşları heç bir problem və maneəsiz İrana gələ bilərlər"-deyə o vurğulayıb.
Teqlər:
"İranın Turizm Nazirliyi: İranlılar Azərbaycana sərbəst şəkildə hava yolu ilə gedə bilərlər"