Menyu

Əli Əsədov Soçiyə səfər edib

Nərmin Qocamanlı
Əli Əsədov Soçiyə səfər edib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak üçün Soçiyə işgüzar səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlər Kabinəti məlumat yayıb.

Bildirilib ki, Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

Teqlər:

"Əli Əsədov Soçiyə səfər edib"

Əlaqəli Xəbərlər