Şüvəlanda fermadan 8500 manat dəyərində oğurluq edənlər saxlanılıb
Operativ Media
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Şüvəlan qəsəbəsi ərazisindəki bir fermadan 8500 manat dəyərində arpa və 200 ədəd dibçəyin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Cavid Məmmədov və İrşad Musalı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma