12 İyun 2023, 11:22
480
Təcrübəsiz sürücüyə görə taksi şirkəti 3 min manat cərimə oluna bilər
Təcrübəsiz sürücüyə görə taksi şirkəti 3 min manat cərimə oluna bilər şəkil
Təcrübəsiz sürücüyə görə taksi şirkəti 3 min manat cərimə oluna bilər

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması qaydalarını pozanlar cərimələnəcək.

"Operativ Media" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 324-1-ci maddə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması) əlavə olunur.

Belə ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə ediləcək.

Məcəllədə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 000 manat məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə olunacaq.

Son xəbərlər
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu
İtaliyanın xarici işlər naziri İsrailin İrana hücumundan sonra təcili iclas çağırıb
BƏƏ İsrailin İrana hücumunu pisləyib
Britaniyanın Baş naziri İran və İsraili dərhal gərginliyi azaltmağa çağırıb
"Səbail"in qapıçısı gələcək karyerası ilə bağlı qərar verməyib