"Mançester Siti" ilə tarixi bir mövsümü geridə qoyan Pep Qvardiola komandadakı gələcəyi ilə bağlı qərar vermək mərhələsindədir.
"Operativ Media" ESPN-ə istinadən xəbər verir ki, Pep Qvardiola 2025-ci il mövsümünün sonunda başa çatacaq müqaviləsindən sonra komandadan ayrılmağı düşünür və yeni müqavilə ilə bağlı tərəddüd edir.
Pep Qvardiola ötən ilin noyabrında “Mançester Siti” ilə yeni müqavilə imzalayıb.
Pep Qvardiola “Mançester Siti”ni tərk etsə, millini çalışdırmağa müsbət yanaşdığı bildirilir.
Qeyd olunub ki, Qvardiola ilə anlaşma ehtimalı olan milli komandalar ABŞ və Braziliyadır.
“Mançester Siti”də 7 ili geridə qoyan Pep Qvardiola üçün klub rəhbərliyinin yeni müqavilə təklif edəcəyi, lakin Qvardiolanın ayrılmaq qərarına gəlsə, klub rəhbərliyinin bu qərara hörmətlə yanaşacağı bildirilib.






