Menyu

Bu gün Astanada Suriya üzrə dördtərəfli görüş keçiriləcək

Nərmin Qocamanlı
Bu gün Astanada Suriya üzrə dördtərəfli görüş keçiriləcək

Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair dördtərəfli görüş Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Türkiyə, Suriya, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri bu gün görüşəcək.

"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki, 4 nümayəndə heyətinin ilk görüşündə Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün atılacaq konkret addımlar müzakirə olunacaq.

Türkiyə terrorla mübarizə, siyasi həll yolu, sığınacaq axtaranların könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıtması ilə bağlı qətiyyətini bir daha vurğulayacaq.

Dəməşq rəhbərliyinin Türkiyənin prioritetləri ilə bağlı münasibəti prosesin irəliləməsi üçün həlledici olacaq.

Teqlər:

"Bu gün Astanada Suriya üzrə dördtərəfli görüş keçiriləcək"

Əlaqəli Xəbərlər