Menyu

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Astana danışıqlarında iştirak edəcək

Nərmin Qocamanlı
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Astana danışıqlarında iştirak edəcək

BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen iyunun 20-21-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Suriya üzrə beynəlxalq toplantıda iştirak etməyi planlaşdırır.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Həmişə olduğu kimi, müşahidəçi ölkələrin nümayəndələri iştirak edəcəklər. Bunlara Suriyanın qonşu ölkələri İraq, Livan və İordaniya daxildir. BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi cənab Geir Pedersen də buradadır”, - deyə Boqdanov jurnalistlərə bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər