http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Paşinyan: "Müharibə vaxtı mənə dəfələrlə yalan məlumat veriblər"

20 İyun 2023 , 15:34
Paşinyan: "Müharibə vaxtı mənə dəfələrlə yalan məlumat veriblər"

"Bəyanatı imzalamazdan bir neçə saat əvvəl dedilər ki, Şuşanın bir hissəsinə nəzarət edirik. 2 gün sonra bildim ki, həmin vaxt Şuşada bir dənə də olsun erməni olmayıb."

"Operativ Media"  xəbər verir ki, İrəvanda keçirilən "44 günlük müharibənin şəraitini araşdıran komissiyanın" dindirilmələri zamanı baş nazir Nikol Paşinyanın açıqlamaları erməni ictimaiyyətində ciddi rezonans doğurub. Beləki Paşinyan ordu qərargah rəisinin  dəfələlərlə onu aldatdığını deyib.

"Məlumat gəldi ki,bir qrup azərbaycanlı Zarıslı kəndi hissəsindən müdafiəni yarıb Laçın-Xankəndi yoluna düşüb, yəni faktiki olaraq yolu bağlayıb. Bu xəbəri mənə Arayik Arutunyan dedi, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiq etmədi. Yeri gəlmişkən, bu, müharibə zamanı onlarla dəfə təkrarlanan vəziyyət idi, Arayik Arutunyan xəbər versə də, Baş Qərargah bunu təsdiqləmədi, hətta təkzib etdi. Və bir müddət sonra Baş Qərargah məlumatın doğru olduğunu etiraf etməyə məcbur oldu.  Əslində Şuşanın süqutu elə o andan başlayıb."

Paşinyan bildirib ki, baş qərargah təkzib etsə də, Şuşadan xəbərlər ona gəlməkdə idi.

"Mütəmadi olaraq xəbərlər gəlməyə başladı ki, birinci düşmən dəstəsi Şuşaya daxil olub, sonra ikinci dəstə və s. Nəhayət, noyabrın 7-də günorta Baş Qərargah rəisi Onik Qasparyan Şuşanın süqutu barədə mənə məruzə etdi. Bu, mənim üçün ağır xəbər oldu, çünki bütün fərmanlarımda, sərəncamlarımda, iclaslarımda Şuşa saxlanmalı olduğunu deyirdim, saxlanacağına da təminat almışam. Şuşanın süqutu xəbərini eşidəndə ilk reaksiyam bir tələb oldu: söz verdiyini et – Şuşanı saxla, onu geri al."

Ermənistanın baş naziri son ana qədər ona yalan məlumatlar verildiyini açıqlayıb.

"Mənə əks-hərəkətlər, sonra bəzi uğurlar haqqında məlumat verdilər, sonra dedilər ki, əməliyyat yaxşı gedir, sonra Şuşanın içindəyik. Üçtərəfli bəyanatı imzalamazdan əvvəl mənə məlumat verildi ki, Şuşanın bir hissəsi Müdafiə Ordusunun nəzarətindədir.Sonra üçtərəfli bəyanat imzalandı, noyabrın 10-na keçən gecə Hökumət binasına hücum oldu və 1-2 gün sonra tam ştatlı işə gedəndə mənə dedilər ki, bir dənə də əsgərimiz yoxdur Şuşada”.

Paşinyan qeyd edib ki, Şuşanın Azərbaycan ordusunun nəzarətinə keçməsi, eləcə də müharibənin digər hadisələri ilə bağlı cinayət işləri başlanıb və bu hallar ətraflı şəkildə aydınlaşdırılmalıdır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
Menyu