http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

20 İyun 2023 , 16:43
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Operativ Media"  xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik etməkdən, ölkənizin firavanlığı üçün ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, qarşıdakı dövrdə siyasi və iqtisadi müstəvidə münasibətlərin möhkəmləndirilməsi, habelə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün Şimali Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirəcəyik.

İcazə verin, yaxın gələcəkdə Sizinlə fikir mübadiləsi aparmaq üçün ikitərəfli görüşün keçirilməsində maraqlı olduğumu ifadə edim".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
Menyu