Menyu

XİN: Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması zəruridir

Nərmin Qocamanlı
XİN: Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması zəruridir

Azərbaycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın 20 iyun tarixində Parlamentdə çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib:

"Bütün bunlara baxmayaraq, Baş nazir Paşinyan tərəfindən şəxsən 2018-2019-cu illərdə nümayiş etdirilən təhrikçi ritorika da daxil olmaqla, uzun illər ərzində Ermənistan tərəfindən törədilən təcavüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur".

"Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və post-münaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir", - məlumatda qeyd edilib.

Teqlər:

"XİN: Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması zəruridir"

Əlaqəli Xəbərlər