İranın XİN başçısının köməkçisi Astanada Putinin nümayəndəsi ilə görüşüb
İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Əli Əsgər Hacı Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.
Məsləhətləşmələr Astana formatında (Rusiya, İran, Türkiyə) Suriya üzrə beynəlxalq görüş çərçivəsində aparılıb. Boqdanov və Əli Əsgər Hacı bölgədəki son hadisələri nəzərdən keçiriblər,
Dəməşq və Ankara arasında münasibətlərin normallaşmasına dair fikir mübadiləsi aparılıb, həmçinin Suriyadakı humanitar vəziyyəti müzakirə edilib.