http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Bir ölkənin sərhəddində 4 bayraq, Ermənistan nə istəyir?

21 İyun 2023 , 10:00
Bir ölkənin sərhəddində 4 bayraq, Ermənistan nə istəyir?

Son bir neçə gündür ki, Ermənistanın sərhəddindən daha bir bayraq dalğalanır. Qafanda İran, Mehridə Rusiya bayrağını sərhəddə qürurlar dalğalandıran Ermənistan indi də Arazdəyəndə Amerika bayrağını asıb. Bəs Ermənistanın əsl niyyəti nədir?

"Operativ Media" bu barədə politoloq Züriyə Qarayevanın fikirlərini alıb. Politoloqun fikrincə, Ermənistan hazırki vəziyyətdə bütün kartlarını tükədib. Bu ölkənin maraqlarını ən çox müdafiə edən Fransa çox yaxşı anlayır ki, monitorinq missiyası adı altında bölgəyə yerləşməklə Azərbaycana qarşı hər hansı addım ata bilməyəcək.

"ABŞ ölkəsində erməni lobbisinin mövcudluğuna rəğmən, Bakının diktə etdiyi şərtlərlə hesablaşmağa razı olub. Proseslərin düyün dönəmində kənarda duran Vaşinqton məhz o düyün Azərbaycanın xeyrinə çözülərkən, ənənəvi siyasətini işə salmağa başladı. Yetişmiş vəziyyətdən pay sahibi olmaq ritorikası bizə hələ dünya müharibələri dövründən məlumdur. O ki qaldı Rusiyaya, bu ölkə birmənalı şəkildə bölgədə öz maraqlarını güdür. Bugünə qədər Ermənistanın yanındaymış kimi görünməsi Paşinyandan öncəki hakimiyyətlərin Moskvanın ağuşunda olması ilə bağlı idi. Lakin elə həmin zamanlarda Ermənistanın Rusiyadan asılılığını təmin etmək üçün elə addımlar atılıb ki, deyil Paşinyan, daha ciddi fiqur gəlsə belə bu vassallıqdan yayınması mümkünsüzdür. Sadəcə Paşinyan Qərb masasında əyləşmək variantını dişinə vurmağa çalışdı və nəticələrinin ağır ola biləcəyini anladı. İndi hər nə qədər saman altdan su yeritsə də, görünüşdə Putini dəstəkləmək məcburiyyətində qaldığını “rus sülhməramlı qüvvələr Qarabağdan çıxmasın” deməsi təsdiqləyir. "

Züriyə Qarayevanın sözlərinə görə,  Paşinyan  bir zamanlar peşkeş aldığı raketlərin vəziyyətini müzakirəyə çıxarmışdı. Rusiyanın zərbəsi İsgəndərlərin vura biləcəyindən daha kəskin oldu. KTMT ilə bağlı da Nikolun cəhdləri boşa getdi. Hər nə qədər təşkilata üzvlüyün onlara heç bir şey qazandırmağı tezislərini cəmiyyətə ötürməyə çalışsa da, bunun mümkünsüz olduğunu dərk edir. Ona görə də, hələ ki sakit əyləşib Ukraynadakı vəziyyəti müşahidə etməyə qərar verib. Görünür elə bunun nəticəsidir ki, Şarl Mişelin 2 il öncə vəd etdiyi 2.6 milyard avroluq ianə paketi hələ də İrəvana gəlib çata bilməyib. Bir sözlə, adı çəkilən güclərin bayraqlarını fərqli formatda Ermənistanda dalğalanması öz bayrağının yaxın zamanlarda birdəfəlik dirəkdən enməsi ilə nəticələnə bilər. Ona görə də, yavaş-yavaş yuvarlandığı uçurumdan onu çıxaracaq əlin Azərbaycan olduğunu anlamayanadək..." -deyə politoloq bildirib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • 21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
Menyu