"Fənərbağça" Edin Ceko transferində sona yaxınlaşır
Əziz Əzizli
"Fənərbaxça" transfer gündəmində olan Edin Ceko üçün açıqlama verib.
"Operativ Media" xəbər verir ki, "sarı-lacivertli" komanda bosniyalı hücumçunun transfer danışıqlarını tamamlamaq üçün İstanbula gələcəyini açıqlayıb.
"Dünyaca məşhur hücumçu Edin Ceko sağlamlıq yoxlamalarından keçmək və transfer danışıqlarını tamamlamaq üçün İstanbula gələcək. Biz bunu ictimaiyyətə təqdim edirik”.
“Fənərbaxça” 37 yaşlı Cekoya “İnter”də qazandığı 4,5 milyon avro maaş və 2 milyon avro imza üçün pul ödəyəcək.
Bosniyalı hücumçu "Fənərbağça"nın Rayan Kentdən sonra mövsümdə ikinci transferi olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net