http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan ilə Latviya arasında sərhəd təhlükəsizliyi üzrə təcrübə mübadiləsi aparılacaq

22 İyun 2023 , 10:11
Azərbaycan ilə Latviya arasında sərhəd təhlükəsizliyi üzrə təcrübə mübadiləsi aparılacaq

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Latviya Dövlət Sərhəd Mühafizəsinin rəisi general Quntis Puyatsın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 19-22-də ölkəmizdə rəsmi səfərdə olub.

"Operativ Media" xəbər verir ki, bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, Ulu Öndərin ruhuna hörmət və ehtiramlarını bildiriblər. Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi anılaraq məzarları üzərinə güllər düzülüb.

DSX-in aparatında rəsmi qarşılanma mərasimi təşkil olunub, general Quntis Puyats fəxri qarovul dəstəsinin önündən keçib, “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

Görüşün rəsmi hissəsində Azərbaycan sərhəd mühafizəsi sisteminə dair təqdimat keçirilib, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması vurğulanıb, həmçinin azad edilmiş ərazilərdə dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müzakirələr zamanı ikitərəfli və beynəlxalq əməkdaşlıq çərçivəsində qurumlar arasında icra edilən birgə fəaliyyətlərə nəzər salınıb, ölkələrimizin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunub. Sərhəd təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Səfər proqramına uyğun olaraq, qonaqlar DSX-in Akademiyası və “Naxçıvan” əlahiddə sərhəd diviziyasında olub, struktur qurumların xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış ediliblər.

Səfər müddətində nümayəndə heyəti ölkəmizin tarixi-mədəni yerləri və abidələrini də ziyarət ediblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

XƏBƏR LENTİ
  • 20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • 20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • 20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
  • 19:29

    Rusiyanın Pakistandakı səfirinin korteji minaya düşüb
  • 19:12

    Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
Menyu