Menyu

İspaniya La Liqasında növbəti mövsümün püşkü atıldı

Əziz Əzizli
İspaniya La Liqasında növbəti mövsümün püşkü atıldı

 İspaniya La Liqasında 2023/24 mövsümünün püşkü atılıb.

"Operativ Media" xəbər verir ki, son çempion “Barselona” yeni mövsümə səfərdə “Xetafe”yə qarşı keçirəcəyi oyunla start verəcək.

Madrid “Real”ı isə ilk turda “Atletik”in qonağı olacaq.

Mövsümə avqustun 13-də start veriləcək. Son turun qarşılaşmaları isə 2024-cü ilin mayın 26-na təsadüf edəcək.

“El klasiko”ların da tarixləri müəyyənləşib. “Real”la “Barselona” arasındakı ilk matç 11-ci tura təsadüf edəcək və oktyabrın 29-da Kataloniyada keçiriləcək. Madriddəki görüş isə 32-ci turda, 2024-cü ilin 21 aprelində baş tutacaq.

İspaniya La Liqası

1-ci tur

13 avqust

Almeriya – Rayo Valyekano

Atletik – Real

Atletiko – Qranada

Selta – Osasuna

Sevilya – Valensiya

Las Palmas – Malyorka

Xetafe – Barselona

Vilyarreal – Betis

Real Sosyedad – Jirona

Kadis – Alaves

Teqlər:

"İspaniya La Liqasında növbəti mövsümün püşkü atıldı"

Əlaqəli Xəbərlər