Marşrut avtobusu 80 yaşlı piyadanı vurub öldürdü

Operativ Media
Marşrut avtobusu 80 yaşlı piyadanı vurub öldürdü

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

 

Operativ media xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb. 26 nömrəli marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçən 1942-ci il təvəllüdlü Zeynalova Rəhilə İlyas qızını vurub.

 

Qadın xəstəxanaya çatdırılsa da, vəfat edib.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər