Menyu

Polşa və Latviya Rusiyada baş verənləri izlədiklərini bildiriblər

Nərmin Qocamanlı
Polşa və Latviya Rusiyada baş verənləri izlədiklərini bildiriblər

 "Şərq sərhədimizdən kənarda hadisələrin gedişatı daim izlənilir".

"Operativ Media" xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda tviterdə bildirib.

Duda Twitter hesabından verdiyi açıqlamada Rusiyadakı vəziyyətlə bağlı müttəfiq ölkələrlə də məsləhətləşdiklərini bildirib.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç isə bildirib ki: "Rusiyadakı hadisələri yaxından izləyirik və müvafiq orqanlar hazırda vəziyyəti və lazım olan əlavə təhlükəsizlik tədbirlərini qiymətləndirir".

“Rusiyada baş verən son hadisələr fonunda mən Latviya vətəndaşlarını Rusiya və Belarusiyaya getməməyə, orada olanlara isə mümkün qədər tez bu ölkələri tərk etməyə çağırışımı təkrarlayıram”, - Rinkeviç bildirib.

Teqlər:

"Polşa Latviya Rusiyada baş verənləri izlədiklərini bildiriblər"

Əlaqəli Xəbərlər