http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Fikrət Əliyev: Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, qarşı tərəflərdən də bu addımı gözləyirik

24 İyun 2023 , 13:47
Fikrət Əliyev: Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, qarşı tərəflərdən də bu addımı gözləyirik

"Rusiyada baş verənləri sadəcə kənardan izləyirik. Çünki bu müasir Azərbaycan dövlətinin öz dəsti-xəttidir. Biz eyni zamanda, düşmən münasibətində olan Ermənistanın da daxili işlərinə, proseslərinə qarışmırdıq. Biz suveren ölkə kimi öz ölkəmizin daxili işləri ilə məşğul oluruq. Bu isə o deməkdir ki, qonşulardan və başqa ölkələrdən gözləntimiz bu yöndədir".

"Operativ Media" xəbər verir ki, bunu YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Baksol yolu 89 ünvanında yerləşən “Unity Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev Rusiyada baş verənlərə münasibət bildirərkən deyib:. 

"Rusiyanın da bəzi qüvvələrinin eyni qaydada Azərbaycanın daxili işlərinə qarışmağını qəbul etmirik. Məsələn, bir neçə gün əvvəl Rusiya XİN sözcüsü Mariya Zaxarova bildirmişdi ki, Azərbaycan tərəfini Laçın yolunu açmağa çağırırıq. 

Bu ifadə Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilməlidir. Biz Rusiyadakı gərginliklə bağlı heç bir müdaxilə etmirik və qarşı tərəfdən də oxşar addımı gözləyirik. Laçın yolunun bağlanma səbəbi məlumdur: Ermənistan təxribat törədib, sərhədçimiz öz ərazimizdə yaralanıb. Əvvəlcə bu araşdırılmalıdır. Ermənistan geri addım atmalı, Azərbaycanın şərtlərini qəbul etməli, təxribatlardan çəkinməlidir. Gördündüyü kimi burada məsələ Ermənistan və Azərbaycanın arasındadır. Aİ, ABŞ, Fransa, Rusiya, İran və digər bu qəbildən olan ölkələr də onların daxili işlərinə qarışmadığımız kimi, bizim işlərimizə qarışmamalıdır. 

Azərbaycanın yeritdiyi siyasət region ölkələri üçün əslində bir nümunədir".

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu