30 Sentyabr 2022, 11:50
Qubernator: Rusiya Zaporojyedə humanitar konvoya zərbə endirib, 23 nəfər ölüb
Qubernator: Rusiya Zaporojyedə humanitar konvoya zərbə endirib, 23 nəfər ölüb şəkil
Qubernator: Rusiya Zaporojyedə humanitar konvoya zərbə endirib, 23 nəfər ölüb

Rusiya hərbi qüvvələri Zaporojye vilayətində humanitar konvoya raket zərbələri endirib, ölənlər və yaralananlar var.

"Operativ media" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Aleksandr Starux "Telegram" hesabında bildirib.

Onun sözlərinə görə, sentyabrın 30-da səhər saatlarında Rusiya mülki humanitar avtomobil karvanına raket zərbələri endirib.

Ukraynalı rəsmi bildirib ki, bu şəxslər Zaporojyenin Rusiyanın nəzarətində olan hissəsindəki qohumlarını götürmək və ya ərazidəki yaxınlarına yardım aparmaq üçün müvəqqəti işğal altında olan əraziyə getməyə çalışırmışlar və Rusiya qüvvələri həmin mülki avtomobillərə raket zərbələri endirib.

İlkin məlumatlara görə, humanitar karvanın atəşə tutulması nəticəsində 23 nəfər həlak olub, 28 nəfər yaralanıb. Ölənlərin və yaralananların hamısının mülki şəxslər olduğu bildirilir.

Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko isə "Telegram"da bildirib ki, Rusiya hərbi qüvvələri S-300 sistemindən istifadə etməklə həmin istiqamətdə 16 raket zərbəsi endirib ki, onlardan bir neçəsi mülki konvoya düşüb.

 

Son xəbərlər
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb