http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vahid komandanlıqda ordunun olması üstünlükdür - ŞƏRH

24 İyun 2023 , 21:31
Vahid komandanlıqda ordunun olması üstünlükdür - ŞƏRH

Hər bir ölkənin müdafiəsi onun vahid komandanlıq altında təşkil edilmiş ordusunun olması ilə bağlı məsələdir. Məsələnin əsas tərəfi də ordunun yüksək peşəkarlığıdır. Çünki orduda lazımi peşəkarlıq olmasa bəzi ölkələrdə ayrıca özəl silahlı qruplara bunu həvalə edirlər. Bu məsələ müasir dünya üçün aktual deyil və özünü doğrultmur. Çünki  özəl silahlı qruplar ölkənin silahlı müdafiəsinin lazımi məqamənda mərkəzdən qaçma davranışları göstərə bilir. Öz maraqlarını dövlətin maraqları ilə uzlaşdırmır. Bu da dövlətin təhlükəsizliyi məsələsində təhlükəli vəziyyət yaradır. Deməli, ölkənin müdafiəsi üçün peşəkarlıq və vahid komandanlıq əsasdır, komando birlikləri kimi...
Azərbaycanda da komando birlikləri sadaladığım peşəkarlıq və vahid komandanlıq çərçivəsində təşkil olunur. Yaxın günlərəd daha bir komando məntəqəsində yaradılan lazımi şərait bu istiqamətdə işlərin geniş olacağından xəbər verir. Sual yarana bilər ki, Azərbaycan son 2 ildə komando birliklərini necə mükəmməl vəziyyətə gətirə bildi? Cavab möhkəm təməldir. 1994-cü ildə Azərbaycanda hərbi xüsusi təyinatlı qüvvələr yaradılanda bu iişin əsası qoyulmuşdu. Sonradan bu qüvvələrin bacarıqlarının necə xüsusi, fərqli olduğu 2020 ci ildə, Vətən Müharibəsində (İkinci Qarabağ Müharibəsi) aydın şəkildə göründü. Təkcə Azərbaycanda, bölgədə yox, dünyanın ən inkişaf etmiş hərbi, müdafiə insitutlarında onların döyüş taktikası, çətin əməliyyatlarda qərar qəbul etməkləri, müasir silah və texnikalardan istifadəsi öyrənilir. 
2021-ci ildə isə həmin bünövrə üzərində Komando Birlikləri ucaldı. Bu birlikllərin əksəriyyəti Qarabaş və ətraf rayonlarda təşkil olunmağa başladı. Komandolar xüsusi hərbi bacarıqları ilə ölkənin müdafiəsini vahid komandanlıq altında hdaim hazır vəziyyətdə olan yüksək peşəkar ordudur. Onların müasir orduda motoatıcı piyada rolunu oynaması nə qədər vacib quru qoşun növü olduğunu göstərir. Çünki motoatıcı piyadasız ordu mümkün deyil. Xüsusən də söhbət komandolar kimi yüksək fiziki, bilikli və texniki bacarıqlara malik olan şəxsi heyətdən gedirsə...

Dünyada baş verən müxtəlif proseslərə baxdıqda ölkənin vahid komanlıqda olan komandolarının nəqədər vacib oluğu bəlli olur. Bu hadisələri düzgün analiz etməklə uzaqgörənliyin nəticəsidir. 

Samir Cabbarov – Operativ Media

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov və Murat Nurtleu arasında telefon danışığı baş tutub

Ceyhun Bayramov və Murat Nurtleu arasında telefon danışığı baş tutub

XİN: İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik

XİN: İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik

Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıb

Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıb

XƏBƏR LENTİ
  • Dünən
    23:29

    ABŞ İsrailə xəbədarlıq edib
  • Dünən
    23:15

    Antonov: Qərbin Rusiya aktivlərini müsadirə etməsinə Moskvanın cavabları ağrılı ola bilər
  • Dünən
    23:02

    Azərbaycanlı hücumçu Albaniya klubuna transfer oldu
  • Dünən
    22:26

    Təhsil xərcləri 8,7 faiz artırılacaq
  • Dünən
    22:07

    Muxtar Babayev: Regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdənik
  • Dünən
    21:48

    Səhiyyə xərcləri 7 faiz çox olacaq
  • Dünən
    21:43

    Gürcüstan sanksiyaların qəbul ediləcəyi təqdirdə ABŞ-a münasibətinə yenidən baxa biləcəyini bildirib
  • Dünən
    21:34

    Azərbaycanda sair büdcə gəlirlərinin 16 % azalacağı gözlənilir
Menyu