Tokayev Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.
"Operativ Media" "Sputnik Qazaxıstan"a istinsdən xəbər verir ki, Tokayev Rusiya Federasiyasındakı vəziyyətlə əlaqədar tapşırıqların icrası ilə bağlı tədbirlər haqqında Baş nazirin, Baş prokurorun, Milli Təhlükəsizlik Komitəsi sədrinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin məruzələrini dinləyib.
Tokayev qeyd edib ki, Rusiyada baş verənlərin onun daxili işi olmasına baxmayaq, Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır.
O, xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Rusiya hakimiyyətinin konstitusiya quruluşunun bərpası və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərini dəstəkləyib. Kasım-Jomart Tokayev hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı alqışlayıb. Prezidentin sözlərinə görə, qanunun aliliyi prinsipi ictimai asayişin və sosial-iqtisadi inkişafın təmin edilməsinin əsası kimi istənilən dövlətin, o cümlədən Qazaxıstanın daxili siyasətində əsas prioritet olmalıdır.
Görüş zamanı ölkədə maliyyə-iqtisadi sabitliyin, eləcə də Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi qeyd edilib. Prezident bütün idarələrin rəhbərlərinə böhran vəziyyətlərinin mümkün təhlükələrinə cavab verməyə hazır olmağı tapşırıb.
Təhlükəsizlik Şurasının iclasından sonra dövlət başçısı hökumət tərəfindən hazırlanmış Əməliyyat Fəaliyyət Planını təsdiqləyib.