Menyu

İrana qarşı 9-cu sanksiya qəbul edildi

İrana qarşı 9-cu sanksiya qəbul edildi
1 dəq oxu

Avropa İttifaqı (Aİ) ölkədə insan hüquqlarının pozulması səbəbindən İrana qarşı 9-cu sanksiya paketini qəbul edib.

"Operativ Media" xəbər verir ki, qərar Aİ-nin rəsmi jurnalında dərc edilib.

Sənəddə deyilir ki, İranın 7 məmurunun adı qara siyahıya salınıb - iki qubernator, bir prokuror, bir hakim müavini və üç polis əməkdaşı.

Adları qara siyahıya salınan şəxslərin hamısına İttifaq ölkələri ərazisinə girişi bağlanıb və onların Avropadakı aktivlərinin bloklanacağı qərara alınıb.

Əlaqəli Xəbərlər