http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Vaşinqtondan Xankəndiyə gələn səslər

28 İyun 2023 , 17:27
Vaşinqtondan Xankəndiyə gələn səslər

Azərbaycanla Ermənistan arasında Amerika Birləşmiş Ştatlarının paytaxtında danışıqlar gedir. Danışıqlar 3 günlük nəzərdə tutulub. ABŞ-da və Avropada keçirilən danışıqlar həmişə xüsusidir. Çünki Qarabağla bağlı yaranan problemlərin həlli üçün ən yaxşı variantı Qərb təklif edib. Əvvəllər Ermənistan hakimiyyəti Qərb ölkələrində və ABŞ-da təşkil olunan nizamlama danışıqlarına etinasız yanaşsa da sonradan bu baş vermədi. Çünki Qarabağda hərbi toqquşmaların ən böyüyüyü, İkinci Qarabağ Müharibəsində Ermənistan məğlubiyyətə uğradı və anladı ki, vaxtı uzatmaq alınmır.

Xüsusən Paşinyan hakimiyyəti Qərb və ABŞ vasitəsilə danışıqların aparılmasında maraqlı olduğundan bu istiqamətin təşəbbüslərini alqışlamaq olar. Elə ABŞ dövlət katibi E.Blinkenlə Azərbaycanın Xarici İşlər Naziri C. Bayramov, Ermənistanın Xarici İşləri Ararat Mirzoyan görüşəndə diplomatların simasından da görünür ki, Qarabğla bağlı dil tapmaq olar. Amma dillərini və əllərini dinc saxlamayanlar Ermənistanda şərti sərhəddə və Qarabağda silahlı təxribatlar törədirlər.

Deməli, Ermənistanda hakimiyyətin iradəsindən kənar işlərin planı qurulur və həyata keçirilir. Elə Vaşinqtondan gələn Azərbaycan və Ermənistan nazirlərinin danışıqlar aparması barədə xəbərlər Qarabağda yenidən təxribat yaratmaq meyllərini işə salır.

Təbii ki, Qarabağdakı təxribat yaradan qrup kuklaları oynadanlar var. Kuklaların aqibəti də necə olur, bunu görürük və görürlər. Üstəlik Ermənistanın özündə Daşnakstyün partiyasının üzvləri də Qarabağla bağlı olaraq mitinq keçrirməyə başlayıb. Niyə məhz Vaşinqton danışıqlarının getdiyi bir vaxtda bunu etsinlər ki?! Bu həmin partiyadır ki, nəinki Qarabağ münaqişəsini hətta azərbaycanlılara qarşı soyqırımlar keçirən toplumdur. İndi də bu kimi katalizatorlar həm bəyanatları, həm də silahları ilə Qarabağla bağlı danışıqlara maneə yaratmaq istəyirlər. Həmin bu kuklaları çox istəyən sahibləri anlamalıdırlar ki, zaman daha o zaman deyil, Azərbaycan da o zamanların Azərbaycanı deyil!

Samir Cabbarov  - Operativ Media

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu