http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İcma Fransa prezidentinin bəyanatını qınayıb

29 İyun 2023 , 21:02
İcma Fransa prezidentinin bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Fransa prezidentinin destruktiv bəyanatını qınayıb.

Bu barədə “Operativ Media”ya Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətindən məlumat verilib.

MƏlumatda deyilir ki, Qərbi Azərbaycan İcması Fransa Prezidenti Makronun erməni diasporunun bəzi radikal ünsürləri ilə görüşündə verdiyi son bəyanatını, xüsusən də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması kontekstində Ermənistanın maraqlarını Ermənistan hökumətindən daha yaxşı müdafiə etməyi iddia etməsini sərt şəkildə qınayır:

"Bundan başqa, biz Prezident Makronun Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd edən ifadələrdən istifadə etməsini pisləyirik.

Fransanın Ermənistanın son vaxtlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini rəsmi şəkildə tanımasından açıq-aşkar narazılığı Fransanın Ermənistanı suveren dövlət kimi qəbul etməsi ilə bağlı suallar yaradır. Prezident Makron tərəfindən səsləndirilən bu bəyanat Fransanın Ermənistanın keçmişdə törətdiyi hüquq pozuntularına, o cümlədən azərbaycanlılara qarşı törətdiyi etnik təmizləməyə və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi kimi ədalətsizliklərə ortaq olduğunu sübut edir.

Biz Fransanı beynəlxalq hüququn prinsiplərinə, xüsusilə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə, onun daxili işlərinə qarışmamağa, qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına maneçilik törətməkdən çəkinməyə çağırırıq".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
Menyu