http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan-Şotlandiya əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

29 İyun 2023 , 22:02
Azərbaycan-Şotlandiya  əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Şotlandiyanın payaxtı Edinburq şəhərinə səfəri zamanı Şotlandiya parlamentinin sədri Alison Conston, eləcə də nazirlər və müxtəlif partiyalardan olan parlament üzvləri ilə görüşlər keçirib.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, görüşlər zamanı hazırda Şotlandiyada fəal Azərbaycan icmasının mövcud olması və Şotlandiya universitetlərində çoxlu sayda azərbaycanlı tələbənin təhsil alması barədə məlumat verilib. Eyni zamanda neft və qaz sahəsində tarixi ənənəyə sahib olan Şotlandiyanın yaşıl enerjiyə keçid prosesində aparıcı rol oynadığı qeyd edilib və Azərbaycan üçün prioritet istiqamət olan bu sahədə əməkdaşlıq üçün böyük imkanların mövcud olduğu bildirilib. Məhz Şotlandiyanın bərpaolunan enerji mənbələrindən istifadə etməsi ilə bağlı təcrübə görüşlərin əsas müzakirə mövzusu olub.

Həmçinin görüşlərdə Şotlandiya cəmiyyətində müxtəlifliyə və tolerantlığa böyük önəm verildiyi üçün Azərbaycanın bu sahədə təcrübəsi və dünyada mədəniyyətlərarası dialoqu təşfiq etməsi həmsöhbətlər tərəfindən maraqla qarşılanıb. Səfir həmçinin regionda hazırkı vəziyyətlə bağlı Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və azad olunmuş ərazilərimizdə yenidən qurma və bərpa işləri, ərazilərin minalardan təmizlənməsi barədə məlumat verib. İşğal nəticəsində Azərbaycanın dağıdılmış ərazilərinin yenidən qurulması və bərpa olunması, o cümlədən ərazilərin minalardan təmizlənməsi təcrübəsinin iyun ayının 21-22-də Londonda keçirilən Ukrayna Bərpa Konfransında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını bildirib.

Səfər zamanı həmçinin səfir Elin Süleymanov Şotlandiyanın aparıcı “Scotsman” qəzetinin jurnalistləri ilə görüşüb. Görüşün ardınca sözügedən qəzetdə dərc olunan məqalədə qonşu Ermənistanla dayanıqlı sülhə doğru irəliləmək istiqamətində Azərbaycan tərəfinin çağırışları barədə məlumat verilib. Məqalədə həmçinin Azərbaycanın təbii qaz istehsalı və bərpa olunan enerji sahəsi üzrə Avropa üçün aparıcı tərəfdaş olması işıqlandırılmışdır. Məqalə ilə bu linkdən tanış olmaq olar.

Edinburqda keçirilən görüşlərdə Şotlandiyadakı Azərbaycan icmasının fəal üzvləri Nərgiz Morrison və Fuad Ələkbərov da iştirak edib.
 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

Azərbaycan səfiri İran XİN-in idarə rəisi ilə ikitərəfli hüquqi məsələləri müzakirə edib

XƏBƏR LENTİ
  • 07:14

    "Barselona" qalib gəldi, Ter Ştegen zədələndi
  • 06:33

    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
    Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
  • 05:52

    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
    Azərbaycan XİN: Kanadanın bölgəmizdə sülh və təhlükəsizliyin necə bərqərar olması barədə moizə oxumağa mənəvi haqqı yoxdur
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
Menyu